Qart Devis

Qart Devis

Rejissor, operator

BİOQRAFİYA

Qart Devis 1974-cü ildə Avstraliyanın Brisben şəhərində sənətçi ailəsində doğulub. Anası rəssam olub, atası isə reklam sahəsində çalışıb. Kollecdə incəsənət və dizayn üzrə təhsil alıb. Həyat yoldaşı və üç övladı ilə Melburn şəhərində yaşayır. Kino karyerasında ona şöhrət qazandıran ilk əsər Elizabet Moss, Devid Uenem, Holli Hanterin çəkildiyi “Göl zirvəsi” (2013) adlı mini-serial olub. “Göl zirvəsi”nə görə Devis Ceyn Kempionla birgə “Mini-serial, film və ya dramatik proqramın rejissorluğu” nominasiyası üzrə “Emmi” mükafatına namizəd göstərilib. Böyük kinoda debüt edənə qədər Qart reklam çarxlarının çəkilişləri və müxtəlif televiziya layihələrində iştirak edib. 2008-ci ildə nüfuzlu reklam festivalı sayılan “Kann şirləri”ndə mükafata layiq görülüb. 2010-cu ildə "Ən yaxşı reklam rejissoru" kimi Rejissorlar Gildiyası mükafatına namizəd olub. 2006-cı ildə isə “Mən istədiyim kimi sev” adlı populyar Avstraliya serialının bir neçə hissəsini lentə alıb. 2016-cı ilin yanvar ayında Hart Devis "Universal Pictures International Productions” və “See-Saw Films”in birgə layihəsi olan, müqəddəs Maqdalinaya həsr olunmuş filmin rejissoru təyin olunur. Filmdə Runi Mara, Xoakin Feniks, Çivetel Eciofor, Tahar Rəhim kimi məşhur aktyorlar rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://ru.wikipedia.org/wiki/Дэвис,_Гарт

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç