Ceyson Ritter

Ceyson Ritter

Aktyor

BİOQRAFİYA

Ceyson Ritter 17 fevral 1980-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) aktyor Nensi Morqan və Con Ritterin ailəsində anadan olub. O, orta məktəbi Santa-Monikada oxuyub, sonra Nyu-York universitetinə daxil olub və bundan əlavə Londonda Krallıq akademiyasının dram incəsənəti fakültəsini bitirib. Ceyson karyerasına atasının iştirak etdiyi filmlərdə kiçik rollarda oynamaqla başlayıb. 2003-cü ildə o, “Freddi Ceysona qarşı” filmində baş rollardan birini ifa edib. Bu filmdəki roluna görə, “Saturi” mükafatına layiq görülüb. Daha sonra o, “Fanat” (2002), “Superulduz” (2004) və “Happy Endings” (2005) filmlərində iştirak edib. Televiziyada “Yeni Janna Dark” (2003-2005) serialında çəkilib. Ritter NBC-də kanalında gedən “The Event” serialında baş rolu oynayıb. Birinci mövsümdən sonra serialı reytinqlərin az olmasına görə efirdən götürüblər. 2012-ci ildə Ceyson “Emmi” mükafatına namizəd göstərilib. 2017-ci ildə Ritter 4 il görüşdüyü aktrisa Melani Linskilə nişanlanıb.

 
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jason_Ritter

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç