Şelli Henniq

Şelli Henniq

Akrtisa

BİOQRAFİYA

Şelli Henniq 1987-ci ildə ABŞ-ın Luiziana Ştatında doğulub. O, rəqslə məşğul olub və bir çox rəqs müsabiqələrinin qalibi olub. Şelli həmçinin şeir yazmağı xoşlayırdı. 14 yaşında sərxoş sürücünün günahı ucbatından baş vermiş avtomobil qəzasında böyük qardaşını itirir. Bu faciədən sonra Şelli yetkinlik yaşına çatmayanların alkoqol qəbul etməsinə qarşı çıxır və qeyri-kommersiya təşkilatlarının təşkil etdiyi bir sıra aksiyalarda iştirak edir. 2003-cü ilin noyabrında gözəllik müsabiqəsində iştirak edən Şelli Henniq ABŞ-ın Luiziana ştatının “Gənc gözəl”i seçilir. Triumfu zamanı henniq tez-tez televiziya verilişlərinin qonağı olur, bəzi qeyri-kommersiya təşkilatlarının işləri ilə məşğul olurdu. 2005-ci il avqustun 8-də gözəllik tacını Ohayodan olan Alli LaForsa təhvil verən Henniq MTV-də yayımlanan “Tacdan sonra” realiti-şousunun iştirakçısı olur. Amma tez bir zamanda verilişdən kənarlaşdırılır. 2007-ci il aprel ayının 20-də Henniq "Days of Our Lives" serialının yaradıcı heyətinə daxil olur. Lakin 2012-ci il mayın 11-də serialın reytinqi aşağı olduğu üçün yayımının dayandırılması qərarı verilir. Daha sonra Şelli "Zack Stone is going to become popular" serialında Krista Akerman rolunu canlandırıb. 2014—2017-ci illər arasında Henniq MTV-də yayımlanan "Wolfsling" serialında Malii Xeyl-Teyt rolunu oynayıb. Əsas janrları komediya, melodram və dramadır. 1999-2018-ci illər arasında 24 filmdə rol alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Хенниг,_Шелли

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç