Ayk Barinholts

Ayk Barinholts

Aktyor

BİOQRAFİYA
Ayk Barinholts 18 fevral 1977-ci ildə Çikaqo ştatında ( ABŞ) hüquqşünas ailəsində anadan olub. Aykın özündən kiçik bir qardaşı var. Aktyor “Bernard Zell Anshe Emet Day School” yəhudi məktəbində oxuyub. Sonra Çikaqodakı Latın məktəbində təhsil alıb. Ayk uşaqlıqda siyasətçi olmağı arzulayırdı, ancaq Los-Ancelesə köçdükdən sonra kinematoqrafiya ilə maraqlanmağa başlayıb. Ayk təhsilini Boston universitetində alıb. Bundan əlavə, Çikaqoda aktyor sənəti dərsləri də alıb. Karyerasına başlamazdan əvvəl Ayk telemarketinq sahəsində və ofisiant köməkçisi kimi işləyib. Aktyor kimi debütü 2001-ci ildə “Lift” filmi ilə olub. Bir il sonra isə Barinholts “Mad TV” serialında ssenarist kimi işləyib. 2014-2016-cı illərdə “Neighbors”, “Bacılar”, “Suicide Squad” və sair kimi filmlərdə yer alıb. Ayk Barinholts prodüser Erika Hensonla evlidir. Cütlüyün iki qızı var.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ike_Barinholtz

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç