Sirşa Ronan

Sirşa Ronan

Aktrisa

BİOQRAFİYA

Sirşa Ronan 12 aprel 1994-cü ildə Nyu-Yorkda (ABŞ) anadan olub. O, aktyor Pol Ronan və Monikanın yeganə övladıdır. Ronan üç yaşında ikən valideynləri Dublinə (İrlandiya) köçüblər. Sonra o, valideynləri ilə birlikdə Karlou qraflığında yaşayıb. Sirşa Ronan “Qızıl Qlobus” mükafatı laureatıdır. Üç dəfə BAFTA və “Oskar” mükafatlarına namizəd göstərilib. 2011-ci ildə Sirşa rejissor Co Raytın “Hanna” döyüş filmində baş rolu oynayıb. 2013-cü ildə Stefani Mayeri “Qonaq” romanının eyniadlı ekranizasiyasında Melani Strayder rolunu ifa edib. Elə həmin il rejissor Kevin Makdonaldın “İndi sevdiyim kimi” adlı romantik dramına çəkilib. 2014-cü ildə Berlin Kinofestivalının qran-pri mükafatını qazanmış “Qrand Budapeşt Oteli” filmin Aqata rolunu oynayıb. “Aclıq Oyunları”, “Harri Potter və Simurq ordeni”, “Saylent Hill 2” kimi filmlərin kastinqlərində iştirak etsə də uğursuzluğa düçar olub. “Hobbit: Smauqun xarabalığı” filmində Tauriel rolundan, rejissor Co Raytın “Anna Karenina” adaptasiyasından Kiti Şerbatskaya rolundan imtina edib. 2015-ci ildə Kolm Toybin “Bruklin” romanının ekranizasiyasında baş rolu oynayıb. Həmin rol aktrisaya “Oskar”, BAFTA, “Qızıl Qlobus” və ABŞ Kinoaktyorları Gildiyası” mükafatına namizədlik qazandırıb. 2017-ci ildə “Xanım Börd” adlı tragikomediyada Kristin Makferson rolunda çıxış edib. Həmin rol gənc aktrisaya ən yaxşı qadın rolu (müzikl və ya komediyada) nominasiyasında “Qızıl Qlobus” mükafatı qazandırıb. Həmçinin “Oskar”, BAFTA, AACTA mükafatlarına namizəd olub. Sirşa Ronan həm ABŞ, həm də İrlandiya vətəndaşıdır. İrlandiyanın Qreystons şəhərində yaşayır. Aktrisalıqla yanaşı ictimai fəaldır. İrlandiyanın Uşaq zorakılığına qarşı mübarizə Cəmiyyətinin səfiridir. 2011-ci ildə keçmiş irland filmlərinin redaktə olunması ilə bağlı İrland kinoinstitutunun keçirdiyi aksiyada iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%BD%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç