Alek Skarlatos

Alek Skarlatos

Aktyor

BİOQRAFİYA
Alek Skarlatos 10 oktyabr 1992-ci ildə Kastro-Velli şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Orta məktəbi Rozburqda bitirib. Məktəb yoldaşları ilə birgə səfər zamanı Amsterdam-Paris qatarında terror hücumunu dayandırıblar. Sedler və yoldaşları həftə ərzində "Şəhərin qəhrəmanları" kimi "Kim milyonçu olmaq istəyir" proqramında çıxırlar. Onların komandası 250 min dollar qazanır. 2016-cı ilin yanvarında üç dost jurnalist Ceffri Sternlə birgə "Paris qatarı: terrorçu, qatar və üç amerikalı qəhrəmanın əsl hekayəsi" kitabını yazmağa başlayırlar. Xatirələr 23 avqust 2016-cı ildə, qatar hücumundan təxminən bir il sonra tamamlanır. Klint İstvud 11 iyul 2017-ci ildə bu xatirələrə əsaslanan film üzərində işə başlayır. Əvvəlcə qəhrəmanlara bənzər aktyorları tapmaq istəyir, amma sonra rejissor hadisənin şahidi olan üç dostun özündən daha yaxşı aktyor olmayacağını düşünür və filmdə şahidlərin özlərini çəkir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Alek_Skarlatos

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç