Metyu Perri

Metyu Perri

Aktyor

BİOQRAFİYA
Metyu Perri 19 avqust 1969-cu ildə Uilyamstounda (Massaçusets ştatı, ABŞ) doğulub. Amma Ottavada (Kanada) böyüyüb. Atası aktyor Con Bennet Perri, anası isə Kanadanın Baş naziri olmuş Pyer Trüdonun mətbuat katibi olmuş Süzan Perridir. Onun valideynləri bir müddət sonra boşanıblar. Hər ikisi ikinci dəfə ailə qurub. Ögey atası NBC-nin kanadalı diktoru Kit Morrison, ögey anası Debbi Perri idi. Metyu Perrinin dörd bacısı və bir qardaşı var. Metyu Ottavada Rokklif-park və Lisqar kollecində təhsil alıb. Televiziyada çalışdıqdan sonra o, Cənubi Kaliforniya Universitetinə daxil olmaq istəyir. Ancaq həmin ərəfədə “İkinci şans” serialından təklif gəldiyi üçün karyerasını aktyor kimi davam etdirir. Sonra serialın adı dəyişir və Metyu baş rolu ifa edir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Matthew_Perry

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç