Ezra Miller

Ezra Miller

Aktyor

BİOQRAFİYA
Ezra Miller 30 sentyabr 1992-ci ildə ABŞ-ın Nyu-Cersi ştatında anadan olub. Anası alman əsilli rəqqas Marta Miller, atası yəhudi əsillidir, "Hyperion Books" nəşriyyatının vitse-prezidenti Robert Millerdir. Özündən böyük iki bacısı var - Sayya və Keytlin. Nitqindəki qüsuru götürmək üçün müğənnilik edib. 2008-ci ildən filmlərə çəkilməyə başlayıb. “Kalifornikeyşn”, “Qanun və intizam: Xüsusi idarə” seriallarında kiçik rollar alıb. Aktyorun böyük ekranda fəaliyyəti əsasən müstəqil filmlərə çəkilməklə başlayıb. O, “Məzunlar”, “Siti-Aylend”, “Tanrının hər günü” filmlərində rol alıb. Daha sonra isə aktyor “Biz Kevin haqqında danışmalıyıq”, “Sakit adam olmaq yaxşıdır”, “Betmen Supermenə qarşı: Ədalətin süqutu” və “Ədalət Liqası” kimi filmlərdə rol alıb. Kino ilə yanaşı Ezra musiqi sahəsində də fəaliyyət göstərir. O, “Sons of an Illustrious Father” qrupunun vokalçısıdır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ezra_Miller
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç