Runi Mara

Runi Mara

Aktrisa, prodüser

BİOQRAFİYA

Runi Mara 17 aprel 1985-ci ildə Bedford qəsəbəsində (Nyu-York ştatı, ABŞ) anadan olub. ”Nyu-York Cayents” idman komandasının vitse-prezidenti Timati Kristofer Mara və Ketlin Maknaltinin qızıdır. İki qardaşı və bir bacısı var. Özündən böyük bacısı Keyt Mara da aktrisadır. Runi 2010-cu ildə "Qarağac küçəsində qarabasma" qorxu filmində Nensi, eləcə də “Əjdaha döyməsi olan qız” (2011) filmində Lisbet Salander rollarına çəkilməklə məşhurluq əldə edir. 2015-ci ildə “Kerol” filmindəki roluna görə Kann kinofestivalında “Ən yaxşı qadın rolu” mükafatını qazanır. Hətta bu roluna görə “Oskar”, ”Qızıl Qlobus”, BAFTA və 2016-cı ildə “ABŞ Kinoaktyorlar Birliyi” mükafatlarına namizəd göstərilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rooney_Mara

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç