İlay Uollak

İlay Uollak

Aktyor, prodüser

BİOQRAFİYA

İlay Uollak 7 dekabr 1915-ci ildə Nyu-Yorkda (ABŞ) yəhudi mühacirlərin ailəsində doğulub. Ailəsi italiyalıların kompakt yaşadığı məhəllədə qalıb. Valideynləri 1909-cu ildə ABŞ-a Peremışel bölgəsindən köçüblər. Atasının peşəsi dərzi olsa da, Bruklində konditer mağazası işlədib. Ailədə ivrit dilində danışıblar. Texas Universitetinin və Nyu-York şəhər kollecinin məzunudur. Aktyor sənətinin incəliklərini Manhettendə yerləşən “Neighborhood Playhouse” teatr studiyasında mənimsəyib. İkinci dünya müharibəsi zamanı Havayi adalarında tibb şöbəsində xidmət edib. Kiçik zabitlərin rütbə artımı kurslarında iştirak edib, daha sonra Kasablanka və Fransaya ezam olunub. Orada onun aktyorluq bacarıqlarına ehtiyac yaranıb. Hospitalın digər əməkdaşları ilə birgə yaralılar üçün “Bu məgər ordudur?” adlı pyesini yazıb və tamaşaya qoyublar. Avropalı diktatorları məsxərəyə qoyan aktyor, eyni zamanda Hitleri təqlid edib. Müharibənin başa çatmasından sonra təxris olunub. 1945-ci ildən etibarən Brodvey səhnələrinə çıxıb. 1951-ci ildə Tennessi Uilyamsın “Döyməli qızılgül” pyesi əsasında qoyulmuş tamaşada oynadığı rola görə “Toni” mükafatına layiq görülüb. Kino karyerasına 1956-cı ildə "Baby Doll" adlı filmlə başlayıb. Bu film ilə ən yaxşı debüt edən aktyor kimi BAFTA mükafatını qazanıb. Kino karyerasındakı ən böyük çıxışını isə Tuco xarakteriylə "Yaxşı, pis və eybəcər" filmində edib. Bundan başqa “Xaç atası 3”və “Möhtəşəm yeddilik” filmlərində aldığı rollara görə tanınır. Aktyor 24 iyun 2014-cü ildə vəfat edib. Ailəsi onu nəşini kremasiya edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D0%BB%D0%BB%D0%B0%D0%BA,_%D0%98%D0%BB%D0%B0%D0%B9

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç