Sergey Bondarçuk

Sergey Bondarçuk

Aktyor, rejissor

BİOQRAFİYA
Sergey Bondarçuk 25 sentyabr 1920-ci ildə Belozyorka kəndində (Ukrayna) kəndlilər Fyodor Petroviç və Tatyana Vasilyevnanın ailəsində anadan olub. Onun uşaqlığı Taqanroq və Yeyskdə keçib. Taqanroq şəhərində 4 saylı məktəbdə təhsil alıb, teatr dərnəyinə qatılıb. 1937-ci ildə ilk dəfə Taqanroq Dram Teatrında səhnəyə çıxıb. 1937-1938-ci illərdə Yeysk Dram Teatrında çıxış edib. 1938-ci ildə Yeysk şəhərindəki 2 saylı orta məktəbi bitirib. 1938-1941-ci illərdə Rostov Teatr Məktəbində təhsil alıb. 31 yaşında ikən (1952-ci ilin may ayında) RSFSR-in xalq artisti adını alıb. 1955-ci ildə İ.K.Skobtseva ilə tanış olub. Eyni ildə onlar "Otello" filmində birlikdə rol alıblar. 1959-cu ildə evlənirlər və 35 il birlikdə yaşayırlar. Sergey Bondarçuk öz filmlərində özü də rol alıb və daim ailəsini də çəkib. 1960-cı ildən sonra rejissoru olduğu bütün filmlərdə həyat yoldaşı İrina Skobtsevanı çəkib. 1969-cu ildə "Müharibə və sülh" filminə görə "Ən yaxşı əcnəbi dilli film" kateqoriyasında "Oskar" qazanıb. Üç evliliyindən beş övladı var. 20 oktyabr 1994-cü ildə vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Sergei_Bondarchuk

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç