Keyt Mara

Keyt Mara

Aktrisa, prodüser

BİOQRAFİYA
Keyt Mara 27 fevral 1983-cü ildə Nyu-Yorkda (ABŞ) doğulub. Keyt Maranın televiziyada debütü “Qanun və qayda” dedektiv teleserialının 1997-ci ildə yayımlanan 8-ci sezonundakı rolu ilə olur. Karyerasının əvvəllərində Keyt Mara “Ed”, "Boston Məktəbi”, “C.S.İ: Cinayət yeri” və “C.S.İ: Cinayət yeri Mayami” kimi seriallarda bir çox epizodik rollar canlandırıb. 2003-cu ildə Mara teatrda debüt edir. Növbəti ildən isə Nyu-York və Los-Anceles teatrlarının səhnələrində rol alır. Keyt Mara 2010-cu ildə aktyor Maks Mingelloyla görüşüb. Cütlük 2014-cü ilin avqustunda ayrılıb. 2015-ci ilin sentyabrında "Fantastik dördlük" filmindəki tərəf-müqabili Ceymi Bellə sevgi münasibətləri olduğunu açıqlayır və 17 iyul 2017-ci ildə evlənirlər. Hal-hazırda Los-Anceles və Nyu-Yorkda yaşayırlar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kate_Mara

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç