Brenton Tueyts

Brenton Tueyts

Aktyor

BİOQRAFİYA

Brenton Tueytes 10 avqust 1989-cu ildə Avstraliyanın Kvinslend bölgəsində anadan olub. Aktyorluq sənətini Kvinslend Texnologiyalar Universitetində öyrənib. 2010-cu ildə həmin təhsil ocağından məzun olub. Buraxılışa qədər 2010-cu ildə “Charge Over You” adlı müstəqil bədii filmdə debüt edib. Daha sonra Sidneyə köçüb və “Evə və evdən uzaqlara” adlı populyar Avstraliya serialına çəkilib. Daha sonra 1980-ci ilin “Mavi laqun” filminin remeykinə çəkilib. 2014-cü ildə Malefisenta nağıl filmində Ancelina Colinin tərəf-müqabili olub. Həmin roldan sonra karyerasında yüksəliş dövrü başlayıb. Kinoda daha çox “Karib dənizinin quldurları: Ölülər nağıl danışmır” (2017), “Fədakar” (Given, 2014), “Misir Tanrıları” (Gods of Egypt, 2016), “Malefisenta” (Maleficent, 2014) filmlərində oynadığı rollara görə tanınır. Gənc aktyor karyerası ərzində 22 televiziya və kinoda rol alıb. 2018-ci ildə “Müharibə kabusları” (Ghosts of War) filmində Kris roluna çəkilib. Daha əvvəl isə “Titanlar” teleserialında Dik Qreyson/ Robin rollarında çıxış edib. “Ofis intizamsızlığı” bədii filminə prodüserlik edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Brenton_Thwaites
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç