Adam Divayn

Adam Divayn

Aktyor, prodüser, ssenarist, rejissor

BİOQRAFİYA

Adam Divayn - 07 noyabr 1983-cü ildə ABŞ-ın Ayova ştatında dünyaya gəlib. 2002-ci ildə orta məktəbi bitirib. 1995-ci ildə,11 yaşında onu sementdaşıyan maşın vurub. Divayn hər iki ayağından çoxlu sayda sınıq xəsarətləri alıb. 3 il müddətində Adam bir neçə cərrahi əməliyyat keçirib. Onun tam olaraq gəzməsi üçün isə 2 il vaxt lazım gəlib. Komediya janrlı filmlərdə oynayan Adam, eyni zamanda müğənni, ssenarist, prodüser və dublyaj aktyoru kimi də fəaliyyət göstərir. 2006-cı ildə Divayn və dostları Bleyk Anderson, Andres Holm və Kayl Hyuaçeklə birlikdə «Mail Order Comedy» qrupunu yaradıblar. Belə ki, bu qrup Myspace и YouTube-da populyar olub. 2011-ci il 3 aprel tarixində Adam Divayn və onun dostlarının da iştirak etdiyi stendap-qrup aktyorlarının çəkildikləri "Workaholics" teleserialının təqdimatı olub. Divayn 2007-ci ildə çəkilən “Mama's Boy” filmində kiçik rol alıb. O həmçinin “Samantha Who? ” teleserialında da epizodik rolda çıxış edib. O, 2012-ci ildə «Pitch Perfect” filmində Bamper Allen rolunu canlandırıb. Tənqidçilərin sözlərinə görə, məhz bu rol Adam Divaynın karyerasında onun potensialını tam olaraq üzə çıxaran sıçrayış olub. Bu rola görə Divayn "Teen Choice Awards" mükafatına layiq görülüb. Filmin ikinci hissəsində peyda olan Adam "Ən yaxşı öpüşə görə" Rebel Uilsonla birlikdə MTV kinomükafatına layiq görülür. 2016-cı ildə Divayn aktyor Zak Efron ilə birlikdə “Mike and Dave Need Wedding Dates” filmində baş rollardan birinə təsdiqlənir. 2016-cı ilin 6 iyununda elan edilir ki, Divayn, Anderson, Holm və Nyuaçek aktyor və ssenarist Set Roqen ilə birlikdə yeni film üzərində işləyirlər. Elə həmin ildə də, "Blink-182" musiqi qrupunun «She’s Out of Her Mind» mahnısına çəkilən klipində rol alıb. 2016-cı il 2 noyabr tarixində "Magic Camp" filmində cavan sehirbazlara dərs keçmək üçün öz uşaqlığına qayıdan bəxtsiz-sehirbaz Endi Tukermen rolunu canlandırıb. 2017-ci ildə Divayn MTV Movie & TV Awards mərasimində aparıcı qismində iştirak edib. Həmin ildən də “Isn't It Romantic” filminin yaradıcı heyətinə qatılıb. 2015-ci ildən "The Final Girls" filmində tərəf-müqabili olduğu Xloya Brices ilə görüşür.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://ru.wikipedia.org/wiki/Дивайн,_Адам


FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç