Pedro Paskal

Pedro Paskal

Aktyor

BİOQRAFİYA

Xose Pedro Balmaseda Paskal (2 aprel 1975) – Çili əsilli amerikalı aktyordur. O, bəzi teleseriallarda epizodik rollar oynayıb. Buna misal kimi “Baffi- vampirlərin döyüşçüsü”, “Yaxşı həyat yoldaşı”, “Vətən”, “Mentalist”, “Qreyslend” və sair göstərmək olar. Daha sonra o, “Taxt oyunları” filmində rol alır. 2015-ci ilin aprelində Paskal Sianın klipində çəkilib. Karyerasının ən uğurlu rolu "Narcos" bioqrafik kriminal serialında oynadığı, Kali və Medelin narkokartellərinə qarşı mübarizə aparan agent Xavyer Pena roludur. Paskal Çilinin Santyaqo şəhərində doğulsa da, çox keçmədən valideynləri Danimarkada siyasi sığınacaq alıb. Həmin vaxt Çilidə hərbi diktator Auqusto Pinoçet hakimiyyətdə idi. Sonradan ailəsi ABŞ-a köçüb. Uşaqlığı Kaliforniyanın Orinc rayonunda və San Antonioda keçib. Tiş İncəsənət Məktəbində aktyorluq sənəti üzrə ali təhsil alıb. “Taxt oyunları” serialına birgə çəkildiyi Lina Hidinin yaxın dostudur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Pedro_Pascal

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç