Makkenna Qreys

Makkenna Qreys

Aktrisa

BİOQRAFİYA

Makkenna Qreys (ing. Mckenna Grace) – amerikalı gənc aktrisadır. 25 iyun 2006-cı ildə ABŞ-da anadan olub. Peşəkar aktrisa karyerasına 6 yaşında başlayıb. İlk rollarından birini Disney telekanalında yayılmanan “Kreş və Bernşteyn” (2012-2014) komediya serialında oynayıb. Daha sonra  2013-2015-ci illərdə “Gənc və qaba” sabun operasında Feyt Nyuman rolunu oynayıb. 2016-cı ildə “Mister Çörç” dramında, “Müstəqillik günü: Dirçəliş” (2016) fantastik filmində , 217-ci ildə “Latın amerikalı məşuq olmağın yolu” komediyasında ikinci plan rol oynayıb. 2017-ci ildə “Vergili” filmində oynadığı baş rolla şöhrət qazanıb. Həmin rola görə “ən yaxşı gənc aktrisa” nominasiyasında “Tənqidçilərin seçimi” mükafatına namizəd olub. Daha sonra “Tonya hamıya qarşı” (2017) filmində yaratdığı Toni Hrdinq obrazı ilə ikinci dəfə bu mükafata nominasiya qazanıb. Qreys eyni zamanda ABC telekanaının “Varis” serialında Penni Kirkman rolu ilə məşhurdur. 2018-ci ildə Netflix onlayn kinoteatrınn “Təpədəki evin kabusları” mistik serialının aktyor heyətinə qatılıb. 2019-cu ildə Marvel studiyasının “Kapitan Marvel” fantastik filmində gənc Kerol Denvers rolunu ifa edib. Elə həmin il “Annabella” qorxu saqasının üçüncü epizoduna baş rola çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B5%D..

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç