Daniel Brül

Daniel Brül

Aktyor

BİOQRAFİYA

Daniel Brül 16 iyun 1978-ci ildə Barselona şəhərində (İspaniya) anadan olub. Brül aktyorluq karyerasına uşaqlığından başlayıb. Alman telekanalında debüt edib. Aktyorun ilk diqqətçəkən rolu “Qud Bay, Lenin!” filmindəki Aleks Kerner rolu olur. Bu rola görə Daniel Brül "Ən yaxşı aktyor" kimi Avropa Kino Akademiyasının mükafatına layiq görülüb. “Yarış”, “Birinci qisasçı: Vətəndaş müharibəsi”, “Milad bayramınız mübarək”, “Şərəfsiz it uşaqları”, “Beşinci hakimiyyət”, “Born ultimatumu” və sair filmlərdəki rolları ilə şöhrət qazanıb. Daniel Sesar Martin Brül Qonsales Dominqo 16 iyun 1978-ci ildə Barselona şəhərində alman rejissor və dokumentalist Hanno Brül və kataloniyalı müəllimə Marisanın ailəsində dünyaya göz açıb. Onun İspaniyada dünyaya gəlməsi onunla əlaqədar olub ki, anası nədənsə heç vaxt alman tibb mütəxəsislərinə etibar etməyib. Gələcək aktyorun doğulmasından dərhal sonra ailə Almaniyanın Köln şəhərinə köçüb. Danielin uşaqlığı doğma şəhərində keçib. Bir bacısı və bir qardaşı var. Uşaqların öz etnik köklərini unutmaması üçün evdə hər zaman həm ispan, həm də alman dilində danışılıb. Məktəbdə isə əlavə olaraq ingilis və fransız dillərini öyrənib. Danieli çəkinmədən poliqlot adlandırmaq olar. Çünki bundan başqa portuqal və katalon dillərində də danışa bilir. Uşaqlıq illərindən aktyor sənətinə böyük maraq göstərib. Dəfələrlə özünü ölülüyə vuraraq, ölüm səhnəsi qurub və valideynlərinin həqiqətən onun öldüyünə inandıra bilib. “Uşaqlığımda ölüləri təqlid etməyə meyilli olmuşam, yeddi səkkiz yaşım olanda hətta evin vannasında fenlə trük də etmişdim. Bilirdim ki, məndə bu yaxşı alınır, anam isə özündəm çıxır, çox qəzəblənirdi”, - deyə aktyor bildirib. Aktyor ən qədim Avropa gimnaziyalarından olan, 1450-ci ildə təsis olunmuş "Dreikönigsgymnasium" təhsil ocağında oxuyub. Məktəb illərində müxtəlif teatr tamaşalarında iştirak edib. Atasının rejissor olması hesabına televiziyaya asanlıqla yol tapıb. 15 yaşında olanda aktyor agentliyinin vasitəçiliyi ilə kino çəkilişlərinə cəlb olunub və bu onun gələcək karyerasını müəyyən edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Daniel_Br%C3%BChl

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç