Kventin Tarantino

Kventin Tarantino

Rejissor, ssenarist, aktyor

BİOQRAFİYA

Kventin Tarantino 27 mart 1963-cü ildə ABŞ-da doğulub. İlk ssenarisini 22 yaşında yazıb. 1984-cü ildə Manhetten Biçdəki tanınmış "Video Archives" videokaset dükanında xəzinədar işləyib. Orada işlədiyi müddət ərzində Rocer Everi ilə tanış olur və sonradan birgə işləməyə başlayırlar. Kino sahəsində aktyor kimi işləməyə başlasa da, daha çox ssenarist kimi məşhurlaşır. Kventin Tarantino fəaliyyəti dövründə "Oskar" mükafatı, "Qızıl Palma Budağı", "Qızıl Qlobus" və "Britaniya kino və televiziya incəsənətləri akademiyası"nın mükafatlarını qazanıb. Anası Konni Makxyu yerli aborigen tayfalarından olsa da, Los-Ancelesdə böyüyüb. Çəkildiyi məşhur filmlər sırasında bunları sadalamaq olar: "Quduz köpəklər" (1992), "Kriminal qiraət" (1994), "Şəfəqdən qüruba qədər" (1996) və "Billi öldür" (2003). Üslubu qeyri-xronoloji postmodern süjetlər və zorla stilləşdirilmiş üslublardan fərqlənir. Fəaliyyətinin ilk 10 ilində artıq onun barəsində bioqrafik kitablar yazılır, tədqiqatlar aparılır, müxtəlif fikirlər söylənilir və qalmaqallar eşidilir. Ssenarilərinin çoxunda azyaşlı uşaqları olan insanların öldürülmə səhnələrini görmək olar. Misal üçün, “Quduz köpəklər” filmində polis yalvarır: “Məni öldürmə, körpə uşağım var!”. Amma onu soyuqqanlıcasına öldürürlər. Tarantino daha çox Harvi Keytel, Maykl Medsen, Uma Turman, Tim Rot, Semüel L. Cekson kimi aktyorlarla işləməyə üstünlük verir. Rejissorun hər filmində ("Death Proof" filmini nəzərə almasaq) Skorsezenin “Mean Streets” filmində oynayan aktyorlardan biri çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Kventin_Tarantino

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç