Con Krasinski

Con Krasinski

Aktyor, ssenarist, prodüser, rejissor

BİOQRAFİYA
Con Krasinski 20 oktyabr 1979-cu ildə ABŞ-da anadan olub. Tibb bacısı Meri Kler və həkim Ronald Krasinskinin ailəsində doğulub. Atası polyak, anası isə irland əsillidir. Onun Kevin və Paul adlı iki böyük qardaşı var. Bütün ailəsi katolikdir. 1997-ci ildə “Newton South High School” məktəbini bitirib. 2001-ci ildə "Brown" universitetini bitirib. Universitetdə oxuduğu illərdə gənclərdən ibarət basketbol komandasının məşqçisinin köməkçisi idi. Krasinskinin ən tanınmış rolu “Ofis” serialındakı Cim Halpert obrazı olub. O həm də serialın prodüserlərindən biri olub. Bundan başqa, Krasinski “Qanun və qayda”, “Ed” və sair seriallarda çıxış edib. 10 iyul 2010-cu ildə Krasinkski İtaliyada aktrisa Emili Blantla evlənib. Onların Heyzel Qreys adlı qızları dünyaya gəlib. 4 iyul 2016-cı ildə isə cütlüyün ikinci qızı - Vayolet doğulub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Krasinski

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç