Mahsun Kırmızıgül

Mahsun Kırmızıgül

Müğənni, rejissor, ssenarist

BİOQRAFİYA

Mahsun Kırmızıgül (əsl adı Abdullah Bazencirdir) 26 mart 1969-cu ildə Diyabəkirin Han rayonunun Vəzir kəndində (Türkiyə) 22 uşaqlı ailədə anadan olub. Orta məktəbi Diyarbəkirdə başa vurub. 1984-cü ildən musiqi ilə məşğul olmağa başlayıb. Atası evi tərk etdikdən sonra evə baxan böyük qardaşı da iş başında faciəvi şəkildə həlak olur. Mahsun Kırmızıgül evi dolandırmaq üçün çiy köftəçidə, çayxanada işləyir, qaçaq yolla siqaret satır. Əvvəlcə Diyarbəkir Qarpız Festivalında mahnı ifa edir, sonra toylarda çıxış edir. Daha sonra Diyarbəkir turizm şirkətində işləyən Hacı Tahir adlı bir sürücü ilə İstanbula kasetini göndərir. 1984-cü ildə onu İstanbula çağırırlar. Bu arada İstanbul Texnik Universitetində Türk Musiqisini öyrənir. 1989-cu ildə Gölgem adlı qadınla evlənir, bir neçə il sonra boşanır. Karyerasının başlanğıcında yeddi həvəskar albom buraxırıb. Kırmızıgülün ilk peşəkar albomu “Alem buysa kral sensin" 1993-cü ildə satışa çıxarılıb. 1994-cü ildə “12’den vuracağım” adlı ikinci albomu işıq üzü görür. Daha sonra bir neçə albom yazıb. 1998-ci ildə çıxan albomu Türkiyədə ən çox satılan albom olub. ”Yıkılmadım” adlanan albomu 2,5 milyon nüsxə ilə satılıb və üç mahnısına klip çəkilib. Kırmızıgül bir çox kliplərə imza atıb. Mahsun Kırmızıgül 1998-ci ildə Bade İşçillə birlikdə yaşayır və 2005-ci ildə cütlük ayrılır. Sonra 2,5 il birlikdə olduğu Mine Canqalla nişanlanır (2011) və elə həmin il də ayrılırlar. 2010-cu ildə Mahsun Kırmızıgülün ssenarisini yazıb rejissorluq etdiyi "Nyu-Yorkda beş minarə" adlı filmdə Haluk Bilginer, Mustafa Sandal, Mahsun Kırmızıgül, Robert Patrik rol alır. 2015-ci ildə "Möcüzə" filmini çəkir. O, eyni zamanda aktyor və rejissor kimi də məşhurdur. Ümumilikdə 12 peşəkar albom yazdırıb, altı serial və altı filmdə çəkilib. Birinci nikahdan Mahmud adlı oğlu var. Mahsun Kırmızıgül 14 fevral 2016-cı ildə hüquqşünas Ece Binayla ABŞ-da evlənib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Mahsun_K%C4%B1rm%C4%B1z%C4%B1g%C3%BCl

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Bəstəkar
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç