Li Çayld

Li Çayld

Yazıçı, ssenarist

BİOQRAFİYA

Li Çayld (əsl adı Cim Qrant) - ingilis yazıçısıdır. İlk romanı "Döşəməni öldürmək" (Killing Floor) Antoni mükafatına layiq görülüb. Əsasən psixoloji romanlara üstünlük verir. Hər romanında keçmiş ABŞ polisi olan Cek Riçerin başına gələn macəralardan bəhs edilir. Qrant 29 oktyabr 1954-cü ildə İngiltərənin Koventri şəhərində anadan olub. Daha yaxşı təhsil almaq üçün 1958-ci ildə ailəsi və üç böyük qardaşı ilə birlikdə Handsvorst Vuda köçürlər. Qrant 11 yaşına qədər Handsvorst Vuddakı Çerri Orçard məktəbində təhsil alır. Daha sonra Birmingem Kral Edvard məktəbinə yazılıb. Atası məmur idi və kiçik qardaşı da sonradan roman yazıçısı olur.1974-cü ildə Şeffild Universitetinin hüquq fakültəsinə daxil olur, amma daha sonra teatr ilə məşğul olmağa başlayır. Hüquq fakültəsindən məzun olduqdan sonra televiziya kanalı prodüsseri kimi işləməyə başlayır. Qrantın həyat yoldaşı Ceyn Nyu-Yorkludur və həmçinin "Qrant Aston Villa" klubunun fanatıdır. O, 1977-1995-ci illər ərzində İngiltərədəki ITV-nin bir hissəsi olan Mançestrdakı Qrenada kanalının aparıcısı kimi işləyib.1997-ci ildə ilk kitabı "Döşəməni öldürmək" romanını nəşr etdirir və 1998-ci ildə ABŞ-a köçür. Qrant 2009-cu ildə "ABŞ Sirrli Janr Yazıçıları"nın prezidenti seçilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://az.wikipedia.org/wiki/Li_%C3%87ayld

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç