Keri-Hiroyuki Taqava

Keri-Hiroyuki Taqava

Aktyor, prodüser

BİOQRAFİYA

Keri-Hiroyuki Taqava 27 sentyabr 1950-ci ildə Tokioda (Yaponiya) doğulub. Yapon əsilli amerikalı aktyordur. Daha çox 1980-ci və 1990-cı illərdə yaratdığı mənfi obrazlarla yaddaşlarda qalıb. Atası hərbçi olub və ABŞ hərbi bazasında xidmət çəkib, anası yaponiyalı aktrisa olub. 1955-ci ildə ailəsi ABŞ-a köçüb. Məktəbdə oxuduğu illərdə Masatosi Nakayamanın başçılığı altında kendo və karateni öyrənib. Kaliforniya universitetindən məzun olmasından 16 il sonra aktyor olmaq fikrinə düşüb. “Ulduz yolu: Növbəti nəsil”, “Cənnətdə ildırım”, “Malibu xilasediciləri” kimi filmlərdə, həmçinin “Babilistan-5” serialının bir epizodunda kiçik rollara dəvət alıb. Məşhur video oyun əsasında lentə alınmış “Mortal Kombat (Ölümcül döyüş)” filmində yaratdığı antaqonist obrazı “Şenqsunq” onun kinokaryerasında tramplin rolunu oynayıb. Ardınca “Pörl-Harbor”, “Geyşanın memuarları” kimi blokbaster filmlərə çəkilir. Müsbət rola çəkildiyi azsaylı filmlərdən biri “Xəfiyyə Neş Brics” serialıdır. Orada leytenant Ed Cey Şimarunu oynayıb. Keri 1992-ci ildən bəri Havayi adalarında yaşayır. İki dəfə evli olub və hər iki nikah uğursuzluğa düçar olub. Boşanmalarına baxmayaraq hər iki keçmiş arvadı ilə dost münasibətləri qoruyub saxlayıb. Bu nikahlardan üç övladı var. 2015-ci ildə Moskvada pravoslavlığı qəbul edib. 2016-cı ildə aktyora Rusiya vətəndaşlığı verilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B0%D0%B3%D0%B0%D0%B2%D0%B0,_%D0%9A%D1%8D%D1%80%D0%B8-%D0%A5%D0%B8%D1%80%D0%BE%D1%8E%D0%BA%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç