Bred Pitt

Bred Pitt

Aktyor, prodüser

BİOQRAFİYA

Bred Pitt 18 dekabr 1963-cü ildə Şoni şəhərində (Oklahoma ştatı, ABŞ) anadan olub. Məktəb vaxtlarında Pitt idmanla məşğul olub, musiqi dərnəyinə və tələbə təşkilatlarına qoşulub. Məktəbi bitirdikdən sonra Kolumbiyada Missuri Universitetinə daxil olub. Burada jurnalistika və reklam işi üzrə təhsil aldıqdan sonra o, ixtisası üzrə iş axtarmayıb, aktyor karyerası qurmaq üçün Hollivuda yollanır. Elə bu dövrlərdə də o öz adını (Uilyam Bredli Pitt) qısaldaraq Bred Pitt adına dəyişir. Aktyor kimi uğur qazanmamışdan əvvəl Pitt mebel salonlarından birində sürücü, hətta “El Polo Loco” restoran şəbəkələrindən birində böyük toyuq kostyumu geyinib yoldan keçənləri restorana dəvət edən işçi kimi də işləyib. Bununla bərabər o, aktyor kurslarına da gedib. Bred Pittin aktyor karyerası 1987-ci ildən başlayır. O, “Çıxış yoxdur”, “Neytral xətt”, “Sıfırdan az” kimi filmlərdə epizodik rollar alıb. Televiziyada debütü isə “Başqa dünya”, “Boy problemi” seriallarının bir neçə epizoduna çəkilməklə olur, bundan sonra aktyor “Dallas” serialında da rol alıb. Növbəti ildə “Camp Street 21” serialına çəkilir. 1988-ci ildə isə “Günəşin qaranlıq tərəfi” filmində əsas rollardan birinə dəvət alır. Filmin çəkilişləri keçmiş Yuqoslaviyada olur. Yuqoslaviyadakı vətəndaş müharibəsinin çəkilişlərin getdiyi zonaları da əhatə etməsi filmin ekrana çıxmasını 10 il ləngidir. 1994-cü ildən Bred Pittin karyerasında dönüş nöqtəsi başlayır. Əvvəlcə o, Enni Raysın eyniadlı əsəri əsasında çəkilmiş “Vampirlə müsahibə” filmində Lui De Pon Dü Lak obrazını yaradır və film 1995-ci ildə “MTV Movie Awards”ın bir neçə mükafatına layiq görülür. Daha sonra Cim Harrisonun eyniadlı romanı əsasında çəkilən “Payız əfsanələri” filmində rol alıb. Bu filmdə Pitt Entoni Hopkinsin canlandırdığı polkovnik Uilyam Ladlounun oğlu Tristan Ladlou rolunu canlandırıb. Bu rola görə Pitt ilk dəfə olaraq “Qızıl Qlobus” mükafatına "Ən yaxşı aktyor" kateqoriyası üzrə namizəd göstərilib. Filmin qarışıq rəylər almasına baxmayaq, Pitt tənqidçilərdən yüksək qiymət alır. 1995-ci ildə Pitt Morqan Friman, Qvinet Peltrou, Kevin Speyslə birlikdə Devid Finçerin “Yeddi” trillerinə çəkilir. Aktyor “Vampirlə müsahibə: Vampir həyatının xronikası”, “Payız əfsanələri”, “Yeddi”, “12 meymun”, “Yatmışlar”, “Tibetdə yeddi il”, “Tanış olun, Co Blək”, “Döyüşçülər klubu”, “Casus oyunları”, “Ouşenin 11 dostu”, “Troya”, “Ouşenin 12 dostu”, “Mister və Missis Smit”, “Babil”, “Qorxaq Robert Fordun Cessi Ceymsi öldürməsi”, “Benjamin Bettonun sirli hekayəsi”, “Şərəfsiz it uşaqları”, “12 illik köləlik”, “Qəzəb” kimi filmlərdə rol alıb. “12 meymun" filmindəki roluna görə “Qızıl Qlobus”, “12 illik köləlik" filminin prodüseri kimi isə “Oskar” mükafatına layiq görülüb. Bred Pitt aktyor kimi “Oskar” mükafatına üç dəfə namizəd göstərilib. Bred Pitt 1996-cı ildə aktrisa Qvinet Peltrou ilə nişanlanır, lakin 1997-ci ilin iyununda ayrılırlar. 2000-ci ildə Pitt aktrisa Cennifer Enistonla evlənir, lakin cütlük 2005-ci ildə ayrılır. Bred P. "Mister və missis Smit" filmindəki tərəf-müqabili Ancelina Coli ilə görüşməyə başlayır. 2006-cı ilin mayında Namibiyada cütlüyün Şaylo Nuvel adlı qızları doğulur. 2008-ci ildə Fransada əkiz övladları - oğulları Noks Leon və qızları Vivyen Marşelin dünyaya gəlir. Bundan əlavə, Bredd Pitt Ancelina Colinin saxladığı üç uşağı da - Meddoks Şivan, Paks Tyen adlı oğlanları, Zaxaro Marli adlı qızı övladlığa götürür. Altı uşağın hamısı Coli-Pitt soyadını daşıyır. Pitt və Coli 23 vaqust 2014-cü ildə Fransada evlənirlər. 19 sentyabr 2016-cı ildə Ancelina Coli boşanmaq haqda ərizə verir. KİV bu ayrılığın səbəbi kimi Bred Pittin alkoqol asılılığını göstərirdi. Aktrisa keçmiş ərindən aliment tələb etməyib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Brad_Pitt

 

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç