Xorxe R. Qutyerres

Xorxe R. Qutyerres

Ssenarist, aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Xorxe Roberto Qutyerres – meksikalı multiplikator, rəssam və rejissordur. “El Tiqre: Menni Riveranın macəraları” cizgi serialının yaradıcısıdır. “Enni” və “Emmi” mükafatı laureatıdır. Xorxe 1975-ci ildə Meksikanın Mexiko şəhərində anadan olub. Tixuanada boya-başa çatıb. Kaliforniya incəsənət institutunda oxuyub. Orada oxuyanda çəkdiyi “Karmelo” adlı qısametrajlı film 2001-ci ildə Emmi mükafatına layiq görülüb. 2001-ci ildə Sony Pictures şirkəti üçün “El Maço” veb cizgi-serialını çəkib. O həmçinin “ChalkZone” cizgi serialının personajları üçün dizaynlar hazırlayıb. Xorxe Sandre Ekiue ilə evlidir. Onlar birlikdə “El Tiqre: Menni Riveranın macəraları” cizgi serialını yaradıblar. Cizgi serialı 2007-ci ildə Nikelodeon kanalında nümayiş olunub. Xorxe həmçinin “Psix” cizgiserialının animatoru olub, “Həyat kitabı” cizgi filmini yaradıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%83%D1%82%D1%8C%D0%B5%D1%80%D1%80%D0%B5%D1%81,_%D0%A5%D0%BE%D1%80%D1%85%D0%B5_(%D0%B0%D0%BD%D0%B8%D0%BC%D0%B0%D1%82%D0%BE%D1%80)

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç