Hezer Menzes

Hezer Menzes

Aktrisa

BİOQRAFİYA

Hezer Menzes Urix (3 dekabr 1949 – 24 dekabr 2017) – amerikalı-kanadalı aktrisa və modeldir. Daha çox “Musiqi sədaları” müzikl filmində oynadığı Luiza fon trapp (kapitanın ikinci qızı) rolu ilə tanınır. 3 dekabr 1949-cu ildə Toronto şəhərində şotland valideynlərinin ailəsində anadan olub. Atası özü öyrənmiş rəssam olub. Hezerin Şeyla adı bacısı var. 14 yaşından Vankuver, Mayami, London və Kaliforniyada yaşayıb. Ekranlarda debütü 1964-cü ilə təsadüf edir (“Fermerin qızı” serialına çəkilib). Bir ildən sonra Robert Uayzın “Musiqi sədaları” filmində görüntülənib. Həmin ikinci plan rol ona beynəlxalq populyarlıq gətirib. 1973-cü ilin avqustunda Playboy jurnalı üçün poz verib. Bundan başqa bir sıra kinofilm və teleseriallara, o cümlədən “Piranya” (1978), “Kapitan Amerika” (1979) trillerlərinə çəkilib. Hezerin əri aktyor Robert Urix 2002-ci ildə xərçəngdən vəfat edib. Onun ölümündən sonra Hezer xərçəng xəstəliklərinə qarşı mübarizəyə vəsaitin cəlb olunması üçün xeyriyyə fondu yaradıb. 24 dekabr 2017-ci ildə vəfat edib. Ölümündən dörd həftə əvvəl ona beyin xərçənginin son mərhələsi diaqnozu qoyulub. Öldüyü vaxt onun üç övladı, səkkiz nəvəsi və bir nəticəsi olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B5%D0%BD%D0%B7%D0%B8%D1%81,_%D0%A5%D0%B5%D0%B7%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç