Jan-Mark Valle

Jan-Mark Valle

Rejissor, ssenarist, montajçı

BİOQRAFİYA

Jan-Mark Valle 9 mart 1963-cü ildə Monrealda (Kanada) anadan olub. Kvebek Universitetinin kollecində kinematoqrafiya üzrə təhsil alıb. Əvvəlcə qısametrajlı filmlər çəkməklə yaxşı rəylər alır: "Stereotypes" (1991), "Les Fleurs magiques" (1995) və "Les Mots magiques" (1998). 1995-ci ildə ilk tammetrajlı filmini - “Qara siyahı”nı çəkir. Film Kvebekdə ən gəlirli film olur və doqquz kateqoriyada "Cini" mükafatına namizəd seçilir. Bu filmin uğurundan sonra Valle Los-Ancelesə köçür və 1997-ci ildə “Los Locos” vesternini, iki il sonra isə “Loser love” filmini çəkir. 1990-cı illərdə Valle “C.R.A.Z.Y.” filmi üzərində işlərə başlayır. 2005 ci ildə”C.R.A.Z.Y.” nin premyerası nəhayət, baş tutur və Kevebk tarixində ən uğurlu filmlərdən biri olur. Filmin dünya premyerası 2005-ci ildə Toronto kinofestivalında baş tutur. Film bir çox mükafatlara layiq görülür, eyni zamanda Kanada tərəfindən "Ən yaxşı xarici film" kateqoriyası üçün "Oskar"a namizədliyi irəli sürülən filmlərin siyahısına salınır.



Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D0%BB%D...

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç