Dumandakı Qız ( La ragazza nella nebbia 2017 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, Fransa, Almaniya, İtaliya, 16+
Dumandakı Qız La ragazza nella nebbia
128 dəq.
az, ru, it
1080p, 720p, 360p
Kriminal Triller
2 TvSeans   6.8 IMDb   6.8 Kinopoisk  

Təsvir

Soyuq qış gecəsi psixiatr Auqusto Floresi təcili işə çağırırlar. O, avtomobil qəzası keçirmiş müfəttiş Fogeli sorğu-sual etməlidir. Fogel heç nə xatırlamır, hadisə yerində qəzanın başvermə səbəbini araşdırmaq üçün hər hansı bir dəlil və ya qəza nəticəsində həlak olmuş insan tapılmır. Lakin müfəttiş Fogelin köynəyi qana bulanıb və bu onun qanı deyil. Söhbət əsnasında bir ay əvvəl bir-biri ilə zəncirvari bağlanan inanılmaz hadisələrin baş verdiyi ortaya çıxır...
Alp dağlarının arasında batıb qalmış şəhərcik... Bayram gecəsi... Dumanlı hava... 16 yaşlı Anna Lu adlı qız bayram münasibətilə bəzədilmiş kilsəyə çatmamış yoxa çıxır. Ondan geriyə heç bir iz qalmayıb, nə ölüsü var, nə dirisi. Heç şahid də yoxdur. Tezliklə müfəttiş Fogel hadisənin araşdırılması üçün bu şəhərə gəlir, o manyak və qatillərin ələ keçirilməsi üzrə peşəkardır...

Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Donato Karrizi
Ssenarist(lər):
Donato Karrizi
Baş Rollarda:
Jan Reno, Toni Servillo
Digər Rollarda:  
Alessio Boni , Lorenzo Rikelmi

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Fatimə Əliyeva   17.04.2018
Gör nə vaxtdır ki mən kinoteatra getmirəm, belə bir saytın olmağı əladı, həm də öz dilimizdə. Axır çıxan çox kinoların süjet xətti və aktyorların oyunu məni cəlb eləmir. Amma bu kinonun süjetini bəyəndim, həvəslə izlədim. Əsas da Jen Renoya görə baxdım, düzdür kinoada az yer alıb, amma onun az iştirakı belə kinonu gözəlləşdirir. Dağların əhatəsində olan kiçik kəndin təbiəti valeh edir. Musiqi çox zövqlüdü, orkestr ləzzət edir. Bir sözlə baxmağa dəyər.
Gönçəbəyim Naxçıvanlı   17.04.2018
Gözlərimə inanmıram, axır ki bizdə də belə sayt yaradılıb. Yeni işlərinizi gözləyirəm
Səkinə Axundzadə   17.04.2018
Mən bu janrda olan filmləri çox sevirəm və onları 2 yerə bölürəm: yaxşı dedektiv, və ya pis. Bu filmdə dedektivin bütün yaxşı keyfiyyətləri var, həm yaxşı gizlədilmiş süjet xətti,çəkiliş mühiti və gözlənilməz nəticə, həm də aktyorların əla oyunu. Ən əsas da Jan Renonun oyunu. Məsləhətli filmdi