Lalo Şifrin

Lalo Şifrin

Bəstəkar, aktyor

BİOQRAFİYA

Lalo Şifrin 21 iyun 1932-ci ildə Buenos-Ayres şəhərində (Argentina) yəhudi ailəsində dünyaya göz açıb. Argentina əsillidir. Çoxsaylı kinofilmlərin musiqisini bəstələyib. Bir sıra tanınmış caz hitlərinin aranjemançısı olub. Altıqat “Oskar” mükafatı namizədidir. Altı yaşından musiqini öyrənib, uşaqlığından caza maraq göstərib. Buenos-Ayres Universitetində sosiologiya və hüquq üzrə təhsil alıb. Ancaq 20 yaşında olanda əldə etdiyi təqaüd sayəsində Paris Konservatoriyasında oxuyub. Gecələr Şifrin caz pianoçusu işləməklə, şəhərin klublarında çıxış etməklə dolanışığını təmin edib. 1955-ci ildə Argentinanı Parisdə keçirilən caz festivalında təmsil edib. Argentinaya geri döndükdən sonra Şifrin, caz orkestri təsis edib, tez-tez yerli televiziyada çıxışlar edib. 1956-cı ildə Dizzi Qilespi ilə tanış olur. Sonuncu ona “Qillespis Biq-Bend” qrupu üçün kompozisiya yazmağı təklif edir. 1960-cı ildə Nyu-Yorkda gənc pianoçu yenidən Qillespi ilə görüşür. Bu dəfə Lalonun onun kvintetində iştirak etməsini istəyir. 1963-cü ildə Şifrin Hollivud üçün ilk saundtrekini yazıb. Debütün uğurundan sonra mütəmadi olaraq müxtəlif kinolayihələrə bəstəkarlıq edir. Karyerası ərzində 100-dən çox filmin musiqisinin müəllifi olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B8%D1%84%D1%80%D0%B8%D0%BD,_%D0%9B%D0%B0%D0%BB%D0%BE

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç