Culianna Quill

Culianna Quill

Aktrisa

BİOQRAFİYA

Culianna Quill — amerikalı aktrisadır. “Cümə günü, 13”, “Hündürlük” trillerlərində ikinci dərəcəli rolları ilə, “Şöhrət nuru” (TBS) serialında Kristi rolunda, “Mənim alibim” internet-serialında Skarlet Haukson rolu ilə tanınır. “Tək ağacın təpəsi”, “90210: Yeni nəsil”, “C.S.I: Cinayət yeri Mayami”, “Sizin ananızı necə qarşıladım” və “C.S.I: Cinayət yeri” seriallarında qonaq qismində iştirak edib. 2009-cu ildə ”Kosta-Rikada yay” komediyasında çəkilib. “2 Dudes & A Dream”, “Bu yay dincəl!” filmlərində kiçik rollara çəkilib. “Yol əhvalatı 2” filmində Keti rolunda iştirak edib. Aktrisaya uğur gətirən film “Cümə günü, 13” klassik qorxu filminin remeyki olub. Həmin ili “Mənim super psixo şirin 16” televiziya trillerində çəkilib. 2010-cu ildə “Hündürlük” trillerində baş rollardan birini ifa edib. Dark Castle studiyasının layihəsində "Təzahür" filmində iştirak edib. 2011-ci ildə “Bu dəli məhəbbət” komediya melodramında çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Julianna_Guill

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç