Voysex Kilar

Voysex Kilar

Bəstəkar

BİOQRAFİYA

Voysex Kilar 17 iyul 1932-ci ildə Lvovda (Ukrayna) anadan olub. Bəstəkarın atası həkim, anası aktrisa olub. Lvov, Krakov və Katovits şəhərlərində musiqi təhsili alıb. 1955-ci ildə diplom alıb. 1959-1960-cı illərdə təqaüd əsasında Nadi Bulanjenin rəhbərliyi altında Fransada oxuyub. 1950-ci illərin sonlarından etibarən musiqi bəstələməyə başlayıb. Yaradıcılığında ənənəvi forma və klassik melodizmə üstünlük verib. Onun yaradıcılığına Bela Bartoq, İqor Stravinski, Dmitri Şostakoviç, Sergey Profakyovun təsirinin olduğu açıq-aşkar hiss olunur. 60-cı illərdə Ksiştof Penderetski və Henrik Quretski ilə birlikdə Polşa musiqi avanqardının yaradıcılarından olub. Kilar başlıca olaraq kino bəstəkarı kimi məşhurlaşıb. 130-dan çox filmin və musiqinin müəllifidir. Məşhur rejissor Roman Polanski filmlərində daha çox onun xidmətlərinə müraciət edib. Bundan başqa Yanuş Mayevski, Yoji Qofman, Voytsex Xas, Frensis Ford Koppola kimi məşhur rejissorlarla əməkdaşlıq edib. 29 dekabr 2013-cü ildə 81 yaşında vəfat edib. Katovitse katolik məzarlığında dəfn olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Wojciech_Kilar

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç