Mehriban Əfəndiyeva

Mehriban Əfəndiyeva

Mehriban Əfəndi (Mehriban Cavanşir qızı Əfəndiyeva) — Azərbaycan sürrealist, kino və geyim rəssamı, Azərbaycanın əməkdar rəssamı (2016).

BİOQRAFİYA

Mehriban Əfəndiyeva Bakı şəhərində anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbini, Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. "Azərbaycanfim"də cəkilən bir çox animasiya filmlərində qrafik-animator, bədii filmlərdə geyim üzrə rəssam kimi çalışır.

Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib.

29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.

24 avqust 2012-ci ildə əsərləri ABŞ-ın Muskeqon şəhərindəki "Dünya incəsənəti" qalereyasına nümayiş etdiləcək. Sərgidə 12 rəssamın əsərləri də nümaiş etdiriləcək. Rəssam qalereya ilə uzunmüddətli əməkdaşlıq barədə təklif alıb. Bu rəssamın bu il ABŞ sərgilərdə üçüncü iştirakıdır.

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç