Kendzi Kavai

Kendzi Kavai

Bəstəkar

BİOQRAFİYA

Kendzi Kavai 23 aprel 1957-ci ildə Tokio şəhərində (Yaponiya) anadan olub. Çoxsaylı kinofilmlərə və animelərə yazdığı saundtrekləri ilə şöhrət qazanıb. Başlıca olaraq “Dəbilqəli kabus” manqasına, “Avalon”, Hideo Nakatanın qorxu filmlərinə, o cümlədən, “Zəng”, “Zəng 2”, “Qara sular” filmlərinə bəstələdiyi musiqilərlə tanınır. “Yeddi qılınc” və “Zəkaların savaşı” adlı çin tarixi filmlərinə yazdığı musiqiyə görə 2006 və 2007-ci ildə Honq Konq kinofestivalının mükafatına namizəd olub. Son illər “Ölüm dəftəri” adlı saqanın bəstəkarı kimi yaddaşlarda qalıb. Musiqiyə sevgisinin yaranmasında atasının müstəsna rolu olub, belə ki, atası asudə vaxtlarında mütəmadi olaraq klassik musiqi dinləyib. Kavai təhsilini Tokio universitetində alıb, ancaq məzun olmağına yarım il qalmış təhsilini yarımçıq qoyub və özünü tam olaraq musiqiyə həsr edərək, gitara ifası üzrə gücləndirilmiş dərslərə başlayır.
Anime industriyasında debütü “Urusei Yatsura” teleserialına yazdığı saundtrekdir. 1995-ci ildə “Dəbilqəli kabus” filminə yazdığı saundtrek onu Yaponiyanın ən reytinqli bəstəkarlarından birinə çevirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Kenji_Kawai

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç