Rendall Emmett

Rendall Emmett

Prodüser

BİOQRAFİYA

Rendall Emmett 25 may 1971-ci ildə Mayami şəhərində (Florida ştatı, ABŞ) doğulub. Nyu-Yorkda Təsviri İncəsənət Ali Məktəbində incəsənət üzrə bakalavr dərəcəsi əldə edib. Emmett karyerasına 1995-ci ildə məşhur aktyor (o vaxtlar o qədər də tanınmayan) Mark Uolberqin şəxsi köməkçisi olaraq qədəm qoyub. Daha sonra Corc Furla ilə tanış olub və birgə şəkildə “Emmett, Furla Films” şirkətini təsis ediblər. Bir müddətdən sonra Dubayda qərarlaşan "Oasis Ventures Entertainment"də onların qurduğu şirkətə birləşir. “Emmett, Furla, Oasis Films” kinoşirkətinin sədri və həmtəsisçisidir. Daha çox “Susqunluq” (Silence – 2016), “Qaçış planı” (Escape Plan – 2013), “Everest” (Everest – 2015), “Patrul” (End of Watch – 2012) filmlərinin prodüseri kimi şöhrət qazanıb. 2009-cu ildə aktrisa Embir Çaylderslə ailə qurub. Onların birgə nikahdan 2 övladı var. 2015-ci ilin aprelində Emmett boşanma üçün məhkəməyə müraciət etsə də növbəti il ərizəsini geri götürüb. 2017-ci ilin yanvar ayında isə artıq Çaylders məhkəməyə üz tutub. Boşanma 2017-ci ilin dekabrında rəsmiləşib. Emmett hazırda “Vanderpump Rules” serialında çəkilən 90-cı il təvəllüdlü aktrisa Lala Kent ilə nişanlıdır.

 
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Randall_Emmett

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç