Vasif Adıgözəlov

Vasif Adıgözəlov

Bəstəkar

BİOQRAFİYA

Vasif Zülfüqar oğlu Adıgözəlov 28 iyul 1935-ci ildə Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinifində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlayıb. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A.Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışıb. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib. 1973-cü ildə "Əməkdar incəsənət xadimi", 1988-ci ildə Respublikanın Xalq Artisti fəxri adlarına layiq görülüb. 28 sentyabr 2006-cı ildə vəfat edib. Oğullarından biri dirijordur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://az.wikipedia.org/wiki/Vasif_Ad%C4%B1g%C3%B6z%C9%99lov

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç