Dariuş Volski

Dariuş Volski

Operator

BİOQRAFİYA
Dariuş Adam Volski 7 may 1956-cı ildə Varşavada (Polşa) dünyaya gəlib. Dövlət Ali Kino Məktəbinin televiziya və teatr fakültəsində oxuyub. Lakin təhsilini tamamlamayıb. 1979-cu ildə Nyu-Yorka köçüb və burada azbüdcəli, müstəqil sənədli filmlər çəkməklə məşğul olub. Həmçinin bədii və televiziya filmləri, musiqi klipləri də çəkir. Los-Ancelesə köçdükdən sonra Devid Finçer, Aleks Proyas, Ceyk Skottla əməkdaşlıq edir. Devid Boui, Elton Con, Nil Yanq, Stinq və "Aerosmit" kimi qrup və müğənnilərin də klipləri daxil olmaqla, 100-ə yaxın videoklip müəllifidir. 1996-cı ildən Amerika Kinooperatorlar Akademiyasının, "Oskar" mükafatını təqdim edən təşkilatın - Amerika Kino Sənəti Akademiyasının üzvüdür.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dariusz_Wolski

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç