Son Kan

Son Kan

Aktyor

BİOQRAFİYA

Son Kan – əsli Cənubi Koreyadan olan amerikalı aktyordur. Daha çox “Forsaj” franşizasında Han Lu obrazı ilə məşhurlaşıb. Həmçinin “Başa Tuşlanan Güllə” kəskin süjetli kriminal filmində Teylor Kvon roluna görə tanınır. Karyerası ərzində 55 televiziya/bədii film və serial rolu olub. Kenq 8 aprel 1972-ci ildə ABŞ-ın Corciya ştatında koreyalı mühacir ailəsində dünyaya gəlib. Yeniyetmə illərinə kimi Kaliforniyada yaşayıb. Riversaydda yerləşən Kaliforniya Universitetində oxuyub. Kollecdə oxuduğu illərdə hüquqşünaslıq əvəzinə aktyorluq sənətinə üz tutub və bu qərarı ilə valideynlərinin narazılığına səbəb olub. Valideynləri televiziya və kino sahəsində asiyalı aktyorlara rol verilmədiyini ona inandırmağa çalışıb. Habelə Son öz fikrindən dönməyib. İlk böyük rolunu (mütəşəkkil dəstə üzvü Han Hu) 2002-ci ildə ekranlara çıxan “Sabah daha uğurlu olar” (Better Luck Tomorrow, 2002) filmində oynayıb. Daha sonra “Motel” filmində baş rollardan biri ona nəsib olub. Karyera yüksəlişi “Forsaj” filmində oynadığı Roldan sonra başlayıb. Son işləri “Kod 8” filmində Agent Park (2019), “High and Tight” televiziya filmində Ho Ranq Kanq, “Şəxsi xəfiyyə Maqnum” teleserialında oynadığı xəfiyyə Tanaka rolu sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm0437646/

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç