Şankar Mahadevan

Şankar Mahadevan

Bəstəkar, aktyor

BİOQRAFİYA

Şankar Mahadevan — hindistanlı müğənni və bəstəkardır. Şankar Mumbayın əyaləti Çemburda anadan olub. Onun ailəsi Keral ştatı Palqhat şəhərindəndir. 2000-ci ildə Şankar Mahadevan “Ağıl və hiss” filmi üçün kadrarxası musiqi bəstələyir. “Enna Solla Pogirai” mahnısını ifa etdiyinə görə Milli Kinomükafatına layiq görülüb. Üç bəstəkar birləşərək Şankar-Ehsan-Loy triosunu yaradıb. Həmin il bu trio “Kaşmir missiyası” filminin sauntrekinin ifasına görə və ən yaxşı fon musiqisini bəstələdiyinə görə "Screen Award" mükafatı qazanır. 2008-ci ildə Mahadevan “Ulduzlar yerdədir” filminə yazdığı “Maa” mahnısına görə Milli Kinomükafatına layiq görülür. Şankar-Ehsan-Loy üçlüyü Kino Gildiyasının və Apsar teleprodüserlərinin mükafatına sahiblənir. 2010-cu ildə Şankar Mahadevan şəxsi musiqi akademiyasını təsis edir. Tələbələrə klassik hindistan musiqisinin incilərini tədris edir. Şankar-Ehsan-Loy üçlüyü tibb, təhsil və təbiətin qorunması istiqamətində işlər aparan Lok Biradari Prakalp təşkilatı üçün xeyriyyə konserti verib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Shankar_Mahadevan

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç