Natalya Petrova

Natalya Petrova

Aktrisa

BİOQRAFİYA

Natalya Qriqoryevna Petrova – sovet aktrisası olub. A.S.Puşkinin “Ruslan və Lyudmila” poemasının eyniadlı ekranizasiyasında oynadığı Lyudmila rolu ilə məşhurdur. 18 oktyabr 1945-ci ildə anadan olub. Moskva Xarici Dillər İnstitutunun məzunudur. Bir müddət model işləyib. 1972-ci ildə A.S.Puşkinin “Ruslan və Lyudmila” poemasının ekranizasiyasında Lyudmila rolunu oynayıb. Filmin rejissoru Aleksandr Ptuşkodur. 1979-cu ildə “Görüş yerini dəyişmək olmaz” teleserialında epizodik rolda - ofisiant Mariannanı oynayıb. İranlı biznesmen Babək Seruşla ailə qurub. Əri 1992-ci ildə vəfat edib. İsveçrə, ABŞ, İtaliya və Almaniyada yaşayıb. Ərinin ölümündən sonra Petrova soyadını geri qaytarıb. V.Vısotskinin yaxın tanışlarından olub. Uzun illərdir kinofilmlərə çəkilmir. Ərinin ölümündən sonra onun bütün varidatının varisi olub və bizneslə məşğul olmağa başlayıb. 1992-ci ildə Moskvanın ilk özəl kosmetik sallonlarından sayılan “Byuti Studio”nu açıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D1%82%D1%80%D0%BE%D0%B2%D0%B0,_%D0%9D%D0%B0%D1%82%D0%B0%D0%BB%D0%B8%D1%8F_%D0%93%D1%80%D0%B8%D0%B3%D0%BE%D1%80%D1%8C%D0%B5%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç