Lyudmila İvanova

Lyudmila İvanova

Aktrisa

BİOQRAFİYA

Lyudmila İvanovna İvanova – sovet və rusiyalı teatr və kino aktrisasıdır. 22 iyun 1933-cü ildə Moskvada anadan olub. 1955-ci ildə Moskva Bədaye İnstitutunun studiya-məktəbini bitirib və Moskva Dram Teatrının truppasına daxil olub. 1957-ci ildə “Sovremennik” adlı teatrın aktyor heyətinə qoşulub, orada 40-dan çox fərqli planlı rollar oynayıb. “Əbədi sağ olanlar”, “Çılpaq kral”, “Adi hekayə” kimi əfsanəvi tamaşalarda səhnəyə çıxıb. 1960-cı illərin ortalarında xeyli kinofilmə çəkilib. Böyük ekranlarda debütü 1958-ci ilə təsadüf edir. Postsovet tamaşaçıları aktrisanı daha çox rejissor Eldar Ryazanovun “İşdə məhəbbət macərası” adlı kult komediyasında oynadığı “hərşeyşünas”, kollektiv fəalı Şura rolu ilə yadda saxlayıb. 2016-cı ildə 83 yaşında vəfat edib.


Əttraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Lyudmila_Ivanova

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç