Pit Dokter

Pit Dokter

Prodüser, aktyor

BİOQRAFİYA

Pit Dokter – amerikalı rejissor, ssenarist, prodüser, multiplikator  və səsləndirmə aktyorudur. 9 oktyabr 1968-ci ildə Bluminqton şəhərində anadan olub. Daha çox Pixar studiyasının “Bədheybətlər korporasiyası”, “Yuxarı” və “Başsındıran” cizgi filmləri üzərində gördüyü işə görə tanınır. Pixar studiyasının aparıcı simalarından biridir. Altı dəfə “Oskar” mükafatına namizəd olub, üç dəfə “Annie Awards” mükafatına namizəd olub, onlardan ikisində qalib gəlib. Bundan başqa bir dəfə BAFTA, Children’s Film Award (qalib gəlib) və Hochi Film Award (qalib gəlib) nominantı olub. “Özünü cizgilər çəkməyi sevən Minnesotalı körpə” adlandırmağı xoşlayır. 21 yaşından Pixar studiyasında çalışıb. Amanda Dokterlə evlidir. İki övladı var. “Yuxarı” cizgi filmində balaca Ellini səsləndirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%BE%D0%BA%D1%82%D0%B5%D1%80,_%D0%9F%D0%B8%D1%82

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç