Əsgər Rəhimov

Əsgər Rəhimov

Aktyor

BİOQRAFİYA

Əsgər Rəhimov 27 noyabr 1956-cı ildə Göyçay şəhərində (Azərbaycan) anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1978-1988-ci illər arası S.Vurğun adına Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor işləmiş, 2005-ci ildə yenidən S.Vurğun ad. Rus Dram teatrına qayıdıb. Bu illər ərzində teatr səhnəsində bir çox rol oynayıb. Onun yaratdığı Nikita (A.Arbuzov "Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov "Poxoronı v Kalifornii"), Lukin (M.Qorki "Varvarı"), Bayandur (İ.Əfəndiyev "Büllur sarayda"), Ralf (R.Baer "Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə "Nonsens"), Qraf Kent (U.Şekspir "Kral Lir"), Həkim (K.Higgins "Qarold və Mod") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

9 may 2012-ci il tarixdə "Əməkdar artist" fəxri adına layiq görülüb.

Əsgər Rəhimov 21 mart 2017-ci ildə vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/%C6%8Fsg%C9%99r_R%C9...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç