Mithun Şarma

Mithun Şarma

Aktyor, bəstəkar

BİOQRAFİYA
Mithun Şarma  - hindistanlı bəstəkar və musiqiçidir. 11 yanvar 1985-ci ildə Hindistanın Mumbay şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Babası Pandit Ram Prasad Şarma aralarında çoxsaylı tanınmış musiqiçilər olan minlərlə konservatoriya aspirantına dərs demiş pedaqoq olub. Atası musiqi aranjemanı üzrə aparıcı mütəxəssis olub. Mithun özü 2013-cü ildə "Aashiqui 2Bollivud romantik filminə yazdığı "Tum Hi Ho" mahnısı ilə məşhurlaşıb. Mahnı tez bir zamanda Hindistanda dillər əzbəri olub, müxtəlif çartlara başçılıq edib. Ən yaxşı səs rejissoru nominasiyasında "Filmfare" mükafatı laureatı olub. Kinoda daha çox "Yaramaz" (Villain, 2014), "Sevgi naminə həyat 2" (2013), "Yarı dost" (Half Girlfriend, 2017), "Şivay" (2016) filmləri üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına əsasən 2019-cu ilə qədər 24 film və serialın bəstəkarı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1939199/
FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç