Debra Peycit

Debra Peycit

Aktrisa

BİOQRAFİYA

Debra Peycit 19 avqust 1933-cü ildə anadan olub. Amerikalı kino, televiziya və radio aktrisasıdır. İlk dəfə ekranlara 1948-ci ildə çıxıb. Növbəti il 20th Century Fox kino şirkəti ilə müqavilə imzalayıb. Peycit səhnə təxəllüsünü aktrisa uzaq qohumluq münasibəti ilə bağlı olduğu məşhur qədim ingilis nəslinin şərəfinə götürüb. Ancaq onun şöhrəti uzun çəkmir. Artıq 1950-ci illərin ortalarında, aktrisaya olan tələbat azalır. 1957-ci ildə müqaviləyə xitam verilir. Bundan sonra Debra televiziyada karyerasına başlayır. Burada da uğuru elə uzun çəkmir. Üçüncü dəfə ailə quran aktrisa, 1962-ci ildə kino sahəsindən birdəfəlik uzaqlaşır. 1987-ci ildə “Qızıl botinka” (Golden Boot Awards) ilə mükafatlandırılıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Дебра_Пейджит

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç