Sintiya Preston

Sintiya Preston

Aktrisa

BİOQRAFİYA

Sintiya Preston – kanadalı aktrisadır. Karyerası ərzində 70-dən çox kino və serial rolu olub. 18 may 1968-ci ildə Toronto şəhərində anadan olub. Karyerasına 80-ci illərin sonlarında müxtəlif televiziya filmlərinə çəkilməklə qədəm qoyub. Preston daha çox Amerikada gündüz saatlarında yayımlanmış “Baş xəstəxana” sabun operasında oynadığı rolla tanınır (2002-2005). O həmçinin  “Hər şeyi xatırlamalı – 2070” serialında, “Ayın 13-ü, cümə”, “Mümkünsüz”, “Məxfi materiallar”, “Sərdabə ovçuları”, “Andromeda”, “Haydi, Klava”, “İki kişi və kişi qırığı”, “Sümüklər”, “Heyven”, “Qaynar nöqtə” və digər seriallarda rol alıb. Böyük ekranlara gəlincə, bir neçə kiçik büdcəli bədii filmə çəkilib. “Lifetime” telekenalı üçün çəkilmiş “On yeddi yaşda ölüm”, “Bacının sirri”, “Onlayn arvad” və “Dayənin intiqamı” kimi telefilmlərdə müxtəlif obrazlar canlandırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D1%80%D0%B5%D1%81%D1%82%D0%BE%D0%BD,_%D0%A1%D0%B8%D0%BD%D1%82%D0%B8%D1%8F

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç