Diter Hallervorden

Diter Hallervorden

Aktyor

BİOQRAFİYA

Diter Yurgen “Didi” Hallerforden – almaniyalı teatr və kino aktyoru, komik, ssenarist, rejissor və müğənnidir. Diter Hallerforden 5 sentyabr 1935-ci ildə tibb bacısı və mühəndis ailəsində anadan olub. İki bacısı var. Diterin babası memar olub. İkinci dünya müharibəsi zamanı Diter Kvedlinburq şəhərində yaşayıb. Müharibədən sonra doğma şəhərinə qayıdıb. 1953-cü ildə yetkinlik haqqında attestat alıb. Qumboldt adına Berlin universitetində romanistika üzrə təhsil alıb. Orada filoloq Viktor Klempererlə tanış olub. 1958-ci ildə Qərbi Berlinə yollanmaq məcburiyyətində qalıb, orada Berlin Azad universitetində jurnalistika və teatrşünaslıq üzrə ali təhsil alıb. Təhsil aldığı müddətdə Diter dolanmaq üçün ağır işlərdə çalışmalı olub. 1960-cı ildə “Die Wühlmäuse” teatrını təsis edib. İndiyə kimi onun rəhbəridir. 1966-cı ildə həbs olunub. “Bild” qəzetinin yazdığına görə fahişənin xüsusi amansızlıqla qətlində şübhəli bilinib. Ancaq sonradan məhkəmə ona bəraət verib və o azadlığa çıxıb. Başlıca olaraq komik rollar oynayıb və oynayır. Uzun müddətdir ki, həm kino, həm də teatrda oynayır. Ən yadda qalan filmləri “Mabuze həkimin min gözü”, “Nə?”, “Asteriks və Vikinqlər”, “Qız və ölüm”, “Pişik və tilsimli ev” filmləri sayılır. Diterin dörd övladı var. Keçmiş həyat yoldaşı Rotraud Şindler aktrisa olub. Diter Hallerforden həm Berlində həm də Bretan yaxınlığındakı ada evində yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%BB%D0%BB%D0%B5%D1%80%D1%84%D0%BE%D1%80%D0%B4%D0%B5%D0%BD,_%D0%94%D0%B8%D1%82%D0%B5%D1%80

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç