Chingiz Mustafayev ( 2014 ) watch online best quality

Please rate this video 1-10
Thanks! Your rate is very important for a national rating
, Azerbaijan, Turkey, 6+
Chingiz Mustafayev
13 min.
az
720p, 360p
Biography
10 TvSeans   0 IMDb   0 Kinopoisk  
Watch Film
Watch Later

Description

Çingiz Mustafayev 29 avqust 1960-cı ildə hərbçi Fuad Mustafayev və Naxışqız Mustafayevanın ailəsində anadan olmuşdur.Atası onu hərbçi görmək istədiyindən, Çingizi yeni açılmış Cəmşid Naxçıvanski adına hərbi liseyə göndərmişdi. Burada o, hərbçi peşəsi, nizam-intizamı, kursant dostları ilə birlikdə vokal instrumental ansamblı yaradır və daha çox mədəni-maarif istiqamətində fəaliyyətini qurur.   Orta məktəbdən sonra anasının istəyi ilə Tibb İnstitutuna daxil olur. Tibb elmini öyrənməklə yanaşı, o, geniş spektrli ictimai işlərlə məşğul olur, İctimai Hərəkat Fakültəsi (İHF) yaradır, Azərbaycanda mədəniyyət və gənclərin asudə vaxtını keçirməsi sahəsində bir çox ilklərə imza atır. SSRİ-də qapalı sahə olmasına baxmayaraq, Azərbaycan, Rusiya və digər ölkələrdə ilk Diskotekalar və Gənclərlə Tematik Görüşlər Axşamı təşkil edirdi. Tibb İnstitutunu bitirəndə Çingiz artıq tanınmış ictimai xadim kimi "Cəngi Birliyi"ndəki dostları ilə, o vaxtlar üçün çox müasir və Sovet televiziyası klişelərindən azad gənclər üçün bir sıra televiziya layihələri hazırlayırdı. Məşhur "Ozan" qrupunun üzvü və digər ictimai layihələrdə fəal iştirak edirdi.Lakin həyatının ən vacib əsərlərini Çingiz jurnalist kimi yaratmışdır. Fəaliyyət dövrü Azərbaycanın müstəqillik qazanması və torpaqları uğrunda apardığı vaxta düşdüyündən o, daha çox özünün kəskin ictimai-siyası və hərbi reportajları ilə, 215 KL və Azad Azərbaycan Studiyası (AİS) ilə Qarabağ döyüşlərinin ön cəbhəsindən, Xocalı soyqırımının videoçəkilişini həyata keçirib onu bütün dünyaya çatdırması ilə milyonların xatirəsində bir Azərbaycan Qəhrəmanı tək qalıb!  15 iyun 1992-ci ildə Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşləri lentə alarkən qəhrəmancasına həlak olmusdur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1993-cü il tarixli 294 saylı fərmanı ilə Çingiz Fuad oğlu Mustafayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Crew

Shots


Feedbacks

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç