Nataşa Malte

Nataşa Malte

Aktrisa, model

BİOQRAFİYA

Natasiya Malte 19 yanvar 1974-cü ildə Norveçdə anadan olub. “Bladreyn 2: Azadlıq” və “Bladreyn 3: Üçüncü Reyx”  filmlərində oynadığı rollara görə tanınır. Ailədə iki böyük bacısı var. Anası Filippin əsillidir. Məktəbdə oxuyanda rəqslə maraqlanmağa başlayıb. Kanada, Şotlandiya və Norveçdə təhsil alıb. Məktəbi bitirdikdən sonra Londona köçərək musiqi təhsili alıb. Daha sonra daimi ünvanını Kanadaya dəyişib və orada ilk kino rolunu alıb. 2005-ci ildə “Elektra” filminə çəkilib və Cennifer Qarnerlə birlikdə "MTV Movie Awards 2005" mükafatına namizəd olub. 2007-ci ildə populyar video oyunun motivləri əsasında çəkilmiş “Bladreyn 2: Azadlıq” filmində qadın baş rolu oynayıb. Həmin filmdən onun rejissor Uve Bolla əməkdaşlığı başlayır. Boll onu bir neçə bədii filminə çəkib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Natassia_Malthe

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç