Youhannes Youhannesson

Youhannes Youhannesson

Aktyor

BİOQRAFİYA

Youhannes Youhannesson islandiyalı aktyordur. 1980-ci ildə İslandiyada anadan olub. Uşaqlığı və yeniyetməliyi anası ilə Farer adalarında keçib. İsland, farer, danimarka və ingilis dillərində sərbəst danışa bilir. Fortepiano, gitarada ifa edir, asudə vaxtlarında şer yazır. Aktyor İslandiyanın Mili Teatrının truppasına daxildir. Youhannesson yüksək musiqi duyumuna görə daha çox müzikllarda səhnəyə çıxır. Dünya şöhrətini ona “Taxt oyunları” fentezi serialında Lema rolu gətirib. 2015-ci ildə “Sonuncu Krallıq” serialına çəkilib. Çəkiliş meydanında tərəf-müqabilləri Mettyu MakFedien, Rutqer Hauer, Ceyson Flemin, İen Hart, Tobias Zantelman, Alek Nyuman, Aleksandr Dreymon, Çarli Merfi, Devid Douson, Gerard Kerns və digər ulduzlar olub. 2017-ci ildə ekranlara çıxan kəskin süjetli “Stella Blumkvist” serialında baş rollardan birini ifa edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/iouhannes_heikyur_iouhannesson/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç