Sedrik "Əyləndirici"

Sedrik "Əyləndirici"

Aktyor, komik

BİOQRAFİYA

Sedrik Antonio Kayls – amerikalı aktyor və komikdir. Daha çox Sedrik “Əyləndirici” adı ilə tanınır. “Əyləndirici” 1964-cü ildə ABŞ-da anadan olub. Təxəllüsü özünü şou-karyerasına başlamazdan əvvəl seçib. Yuxarı siniflərdə məktəbin ən komik şagirdi olub. Karyerasına “Johnny Walker National Comedy Contest” adlı komediya müsabiqəsində qalib gəldikdən sonra başlayıb. Həmin nailiyyətdən sonra mütəmadi olaraq Sen-Luis şəhərində gecə klublarından birində stendap komediyaçı olaraq çıxışlar edib. 1993-cü ildə komik verilişlərdən birinin aparıcısı olub. 1998-ci ildə Hollivud debütünü gerçəkləşdirib. Rejissor Spayk Li Amerikanın komediya “krallarını” bir araya gətirərək, yarım-bədii yarım sənədli “Əsl komediya kralları” filmini çəkir. 2000-ci ildə ciddi olaraq kino sahəsinə girişir. “Böyük ananın evi” komediyasına çəkilir. Daha sonra “Yaşasın kral” (2001), “Bərbərxana” (2002), “Dözülməz qəddarlıq” (2003), “Lemoni Sniket: 33 Bədbəxtlik”, “Consonlarla ailəvi tətil”, “Bərbərxana 2: Yenə iş başında” (2004), “Təzə bəy-gəlin” (2005) kimi reytinqli filmlərində rol alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B5%D0%B4%D1%80%D0%B8%D0%BA_%C2%AB%D0%A0%D0%B0%D0%B7%D0%B2%D0%BB%D0%B5%D0%BA%D0%B0%D1%82%D0%B5%D0%BB%D1%8C%C2%BB

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç