İlqar Musayev

İlqar Musayev

Aktyor

BİOQRAFİYA
İlqar Musayev 2 iyul 1980-cı ildə Gəncə şəhərində (Azərbaycan) dünyaya gəlib. 2003-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini bitirib. 2001-2003-cü illərdə Azərbaycan Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışıb. 2007-2008-ci illər ərzində “İctimai” televiziyanın “Telesəhnə” verilişində aparıcı, 2008-ci ildə ANS TV-də “Dissident” telelayihəsində aparıcı vəzifəsində çalışıb. Kino fəaliyyəti: “Cavad xan” filmində (Uğurlu), “Seçilən” filmində (Malik), “Bulağıstan” (Allahverdi), “Köhnə dəyirman” serialında (Daşdəmir), “Yaddaş” filmində (Əli), “Dolu” filmində (Çavuş), “Qorxma, mən səninləyəm 2” filmində (Gəmi kapitanı), “Xəzər” televiziyasında yayımlanan "Böhtan" filmində Aydın, “Susmuş vicdan” serialında (Kamil), “Xoca” filmində (Ələkbər), “Ağabəyovlar” serialında (Hikmət Həşimov) kimi yaddaqalan obrazlar yaradıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/%C4%B0lqar_Musayev_(aktyor) 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç